Restoran idarəetmə sistemi

Restoranınızı rəqəmsal idarə edin

UniPOS — masalar, sifarişlər, ödənişlər və hesabatlar bir yerdə. Sadə interfeys, güclü funksionallıq.

UniPOS əsas ekran
Masa idarəetməsi
İş masası

Bütün əməliyyatlar bir ekranda

Masa planı, aktiv sifarişlər, ödəniş statusu — restoranın cari vəziyyətinə tam baxış. İnterfeys restoran işçiləri üçün xüsusi dizayn edilib: artıq heç nə, əskik heç nə.

Sifariş qəbulu
Sifariş

Menyudan masaya saniyələrlə

Kateqoriyalar üzrə qruplaşdırılmış menyu, modifikatorlar və qeydlərlə fərdiləşdirilə bilən sifariş kartı. Ofisiant menyunu öyrənməyə vaxt itirmir — interfeys özü yol göstərir.

Ödəniş
Ödəniş

Çevik hesab bağlama

Nağd, kart və ya qarışıq ödəniş. Endirim və ikramlar bir toxunuşla tətbiq olunur. Bütün əməliyyatlar E-Kassa operatoruna avtomatik ötürülür — vergi hesabatı üçün əlavə addım tələb olunmur.

Çeklər
Nəzarət

Hər əməliyyat izlənir

Gün ərzində bağlanmış bütün çeklərin siyahısı. İstənilən çekə geri qayıtmaq, səbəb göstərməklə silmək və ya düzəliş etmək mümkündür. Sistemdən kənar heç nə baş vermir.

Çek axtarışı
Axtarış

Keçmiş əməliyyata sürətli qayıdış

Tarix, məbləğ aralığı, masa nömrəsi və ya ofisiant adı ilə filtr. 3 saniyəyə lazım olan çek ekrandadır.

Hesabat
Hesabat

Qərarlar rəqəmlərə əsaslansın

Günlük, həftəlik, aylıq satış hesabatı. Ən çox satılan məhsullar, ofisiant performansı, gəlir dinamikası — vizual qrafiklərlə. Hansı yemək qazanır, hansı işçi liderdir — obyektiv mənzərə.

Admin panel
İdarəetmə

Arxa ofis — tam nəzarət

Menyu, işçi heyəti, anbar qalığı, filiallar — veb panel vasitəsilə istənilən yerdən. Komputer, planşet və ya telefon fərq etmir — eyni panel, eyni imkanlar.

Texnologiya

İnternet kəsilsə belə iş dayanmır

UniPOS cloud arxitektura üzərində qurulub. İnternet bağlantısı kəsiləndə sistem lokal işləməyə davam edir. Bağlantı bərpa olunan kimi bütün məlumatlar avtomatik sinxronlaşır.

Cloud

Məlumatlar qorunan bulud serverlərində

Offline

İnternetsiz işləyir, heç nə itmir

Avtomatik sinxron

Bağlantı qayıdanda məlumatlar birləşir

Mobil tətbiq
Mobil

Restoran cibinizdə

Hesabatlar, satış rəqəmləri, kritik bildirişlər — hamısı mobil tətbiqdə. Ofisiantlar sifarişləri planşetdən qəbul edir. WhatsApp bot vasitəsilə çek silinməsi və dəyişikliklərdən anında xəbər tutursunuz.

Məhsul əlavə etmə
Çeviklik

Admin panelsiz menyu yeniləmə

Yeni məhsulu birbaşa kassa ekranından əlavə edin. Admin panelə keçid etmədən menyu hər an güncəl qalır. Takeaway sifarişlərini də eyni interfeysdən izləyin.

Sistemi yaxından görmək istəyirsiniz?

Demo üçün yazın — UniPOS-u öz restoranınızda sınaqdan keçirin.