Restoran və kafelər üçün POS kassa proqramı
Ofisiant masanı seçir və sifarişi daxil edir, mətbəx çeki avtomatik çap olunur. Çeklərin bölünməsi, endirim və fiskal çek eyni ekrandan idarə olunur.
- İnternet olmadan fasiləsiz iş
- E-Kassa ilə fiskal çek
- Kassa Windows-da, ofisiant tətbiqi Android və iOS-da
- QR menyu sifarişləri birbaşa kassaya daxil olur

İmkanlar
Gündəlik kassa əməliyyatları
Masalar, sifarişlər, ödənişlər və növbələr vahid proqramda idarə olunur.
Vizual masa planı
Hər zal ayrıca bölmədə göstərilir. Masanın üzərində çekin məbləği və masanın açıq qaldığı müddət görünür.
Sürətli sifariş
Məhsul kateqoriya, axtarış və ya barkod ilə tapılır. Porsiya, sous və əlavələr modifikator kimi seçilir.
Çek əməliyyatları
Çeklərin bölünməsi və birləşdirilməsi, masanın və ofisiantın dəyişdirilməsi. Endirim, servis haqqı və ikram da burada tətbiq olunur.
Ödəniş
Nağd, kart və müəssisənin öz ödəniş növləri. Ödəniş iki üsul arasında bölünə bilər, qaytarılacaq məbləği proqram hesablayır.
Mətbəx printerləri
Hər məhsul ona təyin olunmuş printerdə çap olunur: mətbəx, bar, manqal. USB, COM və LAN printerləri dəstəklənir.
Növbə və hesabatlar
Növbə kassada açılır və bağlanır. Məhsul, zal və ofisiant üzrə satış hesabatları kassanın özündə mövcuddur.
Offline rejim
İnternet kəsildikdə satış davam edir.
Məlumatlar kassa kompüterinin özündə saxlanılır. İnternet olmadıqda kassa, ofisiant tətbiqi və mətbəx printerləri işini davam etdirir. Bağlantı bərpa olunduqda məlumatlar avtomatik olaraq serverə göndərilir.
- Sifariş, ödəniş və çap internetdən asılı deyil
- Serverə göndərilməyi gözləyən əməliyyatların sayı ekranda göstərilir
- Kassalar və telefonlar restorandakı şəbəkə vasitəsilə əlaqələndirilir

Ekranlar
Kassanın əsas ekranları
UniPOS-un real ekranları, məlumatlar nümunə restorandan götürülüb.
Bütün zal bir ekranda
Boş, dolu və hesab gözləyən masalar müxtəlif rənglərlə göstərilir. Masa seçildikdə onun çeki açılır.

Sifariş ekranı
Menyu kateqoriyaları, axtarış, modifikatorlar və mətbəx üçün qeydlər bir ekranda yerləşir.

Ödəniş ekranı
Ödəniş növü seçilir, qaytarılacaq məbləğ hesablanır və fiskal çek çap olunur.

Çek arxivi
Açıq, bağlı, ödənilməmiş və silinmiş çeklər tarix və filtrlər üzrə axtarılır.

Mətbəx ekranı
Sifarişlər mətbəx ekranında göstərilir. 15 dəqiqədən çox gözləyən sifarişlər ayrıca qeyd olunur.

Ofisiant tətbiqi
Sifariş masanın yanında qəbul edilir.
Ofisiant tətbiqi kassa proqramını telefonda mobil görünüşdə açır. Telefon əsas kassaya restorandakı Wi-Fi şəbəkəsi vasitəsilə qoşulur, sifariş isə dərhal mətbəxə ötürülür.
- Masalar, menyu və çek telefon ekranına uyğunlaşdırılıb
- Android və iOS telefonlarda işləyir
- Ofisiant şəxsi PIN kodu ilə daxil olur

Nəzarət
Kassada hər əməliyyat qeydə alınır.
Hər ofisiant şəxsi PIN kodu və ya kartı ilə daxil olur. Endirim, silmə və ikram hüquqları hər əməkdaş üçün ayrıca təyin edilir. Hər silinmənin səbəbi qeyd olunur.
- PIN kod və ya RFID/NFC kart ilə giriş
- 40-dan çox ayrıca icazə
- Silinən məhsul və çeklər üzrə səbəb və tarixçə
- Silinmələr barədə sahibkara bildiriş

Fərq
UniPOS və adi kassa aparatı
| UniPOS | Adi kassa | |
|---|---|---|
| Masa və zal planı | ||
| Ofisiant telefonundan sifariş | ||
| Sifarişin mətbəx printerinə və ekranına ötürülməsi | ||
| QR menyudan masa sifarişlərinin qəbulu | ||
| Məlumatların serverə avtomatik göndərilməsi | ||
| Satılan məhsulun anbardan silinməsi | ||
| Telefonda canlı hesabatlar | ||
| E-Kassa fiskal çeki |
Başlanğıc
UniPOS-a keçid mərhələləri
- 01
Demo
Müəssisənizin iş prosesləri ilə tanış olur və UniPOS-u canlı nümayiş etdiririk.
- 02
Quraşdırma
Menyu, zallar, printerlər və əməkdaşlar sizinlə birlikdə sistemə daxil edilir.
- 03
Təlim
Kassir və ofisiantlara proqramla işləmə qaydalarını öyrədirik.
- 04
Dəstək
İstifadəyə başladıqdan sonra suallarınıza telefon və WhatsApp vasitəsilə cavab veririk.
POS kassa proqramı haqqında suallar
UniPOS internetsiz işləyirmi?
Bəli, internet olmadıqda da sifariş, ödəniş və çap dayanmır. Məlumatlar kassa kompüterində saxlanılır və bağlantı bərpa olunduqda avtomatik olaraq serverə göndərilir.
Hansı cihazlarda işləyir?
Kassa Windows kompüterlərdə və POS monobloklarda işləyir. Ofisiantlar Android və iOS telefon və planşetlərdən, sahibkar isə mobil tətbiqdən və veb paneldən istifadə edir.
E-Kassa ilə inteqrasiya varmı?
Bəli, UniPOS Omnitech, Sunmi/Caspos, OneClick/Vizar, DataPay və AzSmart/SmartOne ilə inteqrasiya olunub. Satış, qaytarma, X hesabatı və növbənin bağlanması birbaşa kassadan icra edilir.
QR menyu sifarişləri kassaya necə daxil olur?
Masadakı QR kod vasitəsilə verilən sifariş həmin masa üzrə kassaya daxil olur. Restoranın seçiminə görə sifariş ya birbaşa masanın çekinə yazılır, ya da işçi onu bildirişdən qəbul və ya rədd edir.
Mövcud menyunun köçürülməsi çətindirmi?
Xeyr. Quraşdırma zamanı menyunu sizinlə birlikdə sistemə daxil edirik. Sonradan məhsullar idarəetmə panelindən və ya birbaşa kassadan əlavə edilə bilər.
Bir neçə kassa və mətbəx printeri qoşmaq mümkündürmü?
Bəli. Əsas kassaya əlavə kassalar, ofisiant telefonları, həmçinin bir neçə mətbəx və bar printeri qoşulur.
Hesabatlara harada baxmaq olar?
Əsas hesabatlar kassanın özündə mövcuddur. Ətraflı hesabatlar veb idarəetmə panelində və UniPOS Manager tətbiqindədir.
POS ilə birlikdə işləyən modullar
Kassa proqramının sizin menyunuz əsasında nümayişi
Demo üçün müraciət edin, UniPOS-u sizin menyunuz əsasında nümayiş etdirək.