Fast food
Sürətli xidmət üçün fast food kassa proqramı
Kassir sifarişi bir neçə toxunuşla daxil edir və sifariş mətbəx ekranında görünür. Qonaq sifarişin tərkibini kassanın yanındakı ikinci ekranda yoxlayır. Zal, paket və çatdırılma satışları vahid sistemdə aparılır.
- Zal, paket və çatdırılma satış növləri
- Mətbəx ekranı (KDS) və printerlər
- Qonaq üçün ikinci ekran
- İnternet olmadan satışın davam etməsi


İmkanlar
Kassa ilə mətbəx arasında qısa yol
Fast food müəssisəsində xidmətin sürəti satışın həcminə birbaşa təsir edir. UniPOS kassa ilə mətbəx arasındakı mərhələləri azaldır.
Kassa
Pik saatlarda növbə ləngimədən irəliləyir
Nahar vaxtı qonaq axını artır. Kassir sifarişi bir neçə toxunuşla daxil edir və sifariş həmin an mətbəxə ötürülür. Ödəniş nağd, kartla və ya hər iki üsulla qəbul olunur.
- Satış növü sifarişlə birlikdə seçilir: zalda, paketlə və ya çatdırılma
- İki üsulla ödəniş və qaytarılacaq qalığın avtomatik hesablanması
- Hər satışda E-Kassa fiskal çekinin çapı
- Bir neçə kassa eyni Wi-Fi şəbəkəsində ortaq məlumatla işləyir

Mətbəx
Gecikən sifarişlər mətbəxdə dərhal görünür
Kağız çeklər qarışdıqda sifarişlər gecikir və qonaq gözləməli olur. UniPOS mətbəx ekranında sifariş göndərildiyi anda görünür. 15 dəqiqədən çox gözləyən sifariş "gecikən" bölməsinə keçir, nişanlar isə paket sifarişini zal sifarişindən fərqləndirir.
- Hər məhsulun hazırlıq statusu ayrıca yenilənir
- Paket, zal və çatdırılma üçün nişanlar
- İstənilən ekranda açılır, xüsusi avadanlıq tələb olunmur
- Ekranla yanaşı mətbəx printerləri də istifadə edilə bilər

Ekranlar
Kassadan hesabata qədər
Ekran görüntüləri nümunə məlumatlarla UniPOS sistemindən hazırlanıb.
Sifariş və açıq çek bir ekranda
Məhsullar, modifikatorlar və satış növü bir ekranda seçilir. Açıq çekin tərkibi və məbləği daim görünür.

Hesab bir neçə toxunuşla bağlanır
Ödəniş növü seçilir, qalıq hesablanır və fiskal çek çap olunur. Kassir növbəti qonağa keçir.

Bütün çeklər arxivdə
Açıq, bağlı, ödənilməmiş və silinmiş çeklər tarix və filtrlər üzrə axtarılır.

Növbənin nəticələri kassada
Məhsullar, satış üsulları, ödənişlər və silinmələr üzrə hesabat birbaşa kassada təqdim olunur.

Satış növləri üzrə müqayisə
Statistika satış növü, ödəniş növü, kateqoriya və əməkdaş üzrə bölünür. Hesabat PDF formatında ixrac edilə bilər.

Maya dəyəri
Hər məhsulun maya dəyərinə nəzarət
Sous, kotlet və xəmir müəssisədə hazırlanırsa, onlar üçün də texniki kart yaradılır. Yarımfabrikat istehsal sənədi ilə anbara mədaxil olunur. Nəticədə satılan hər məhsulun maya dəyəri məlum olur.
- Yarımfabrikatlar və istehsal
- Texniki kartlar və təxmini maya dəyəri
- Qalıqlar, azalan məhsullar və silinmələr
- Menyunun digər filiallara köçürülməsi

Sifarişin yolu
Kassadan qonağa qədər sifarişin mərhələləri
- 01
Kassa
Kassir məhsulları və modifikatorları seçir, satış növünü qeyd edir. Qonaq sifarişi ikinci ekranda görür.
- 02
Ödəniş
Ödəniş nağd, kartla və ya iki üsulla qəbul edilir. Fiskal çek E-Kassa vasitəsilə çap olunur.
- 03
Mətbəx
Sifariş mətbəx ekranında göstərilir və ya bölmənin printerində çap olunur. Aşpaz hazır məhsulu ekranda qeyd edir.
- 04
Hesabat
Satış növləri, məhsullar və əməkdaşlar üzrə nəticələr idarəetmə panelində və mobil tətbiqdə əks olunur.
Fast food kassa proqramı ilə bağlı suallar
Fast food kassa proqramı adi kassa aparatından nə ilə fərqlənir?
Adi kassa aparatı yalnız ödənişi qeydə alır. UniPOS isə sifarişi modifikatorlarla qəbul edir, mətbəxə ötürür, satış növlərini ayırır və anbarı texniki kartlar əsasında izləyir.
Paket və çatdırılma sifarişlərini ayrıca izləmək mümkündürmü?
Bəli. Satış növü çekdə qeyd olunur və mətbəx ekranında nişanla göstərilir. Hesabatlarda hər növ ayrıca əks olunur.
Çatdırılma platformaları ilə inteqrasiya mövcuddurmu?
Hazırda çatdırılma platformaları ilə birbaşa inteqrasiya yoxdur. Bu platformalardan daxil olan sifarişlər ayrıca satış növü kimi qeyd edilə və hesabatlarda izlənilə bilər.
Qonaq ekranı nədir?
Qonaq ekranı kassanın yanında quraşdırılan ikinci monitordur və qonaq sifarişin tərkibini orada görür. Ekran UniPOS kassasının tərkib hissəsidir, əlavə proqram tələb olunmur.
Kombo menyu qurmaq mümkündürmü?
Bəli. Kombo menyu modifikator qrupları ilə qurulur, məsələn, içki və qarnir üçün məcburi seçimlə. Bu halda kassir sifarişin heç bir hissəsini buraxmır.
Pik saatda internet kəsildikdə nə baş verir?
Satış dayanmır, kassa internet olmadan da sifariş və ödəniş qəbul edir. Məlumatlar kassa kompüterinin özündə saxlanılır və internet bərpa olunduqda avtomatik serverə göndərilir.
Fast food üçün UniPOS modulları
UniPOS-un öz menyunuz əsasında nümayişi
Təqdimat üçün bizimlə əlaqə saxlayın. Sistemi sizin menyunuz və kombo təklifləriniz əsasında nümayiş etdirəcəyik.